Medianews.az
Dünya futbol çempionatının büdcəsi 100 milyon dollardan çox azaldılır
114 baxış

Dünya futbol çempionatının büdcəsi 100 milyon dollardan çox azaldılır

FIFA dünya çempionatının əməliyyat büdcəsini 100 milyon dollardan çox ixtisar etmək barədə qərar qəbul edib.

Medianews.az-ın məlumatına görə, "The Athletic" nəşri yazır ki, qurumun əsas prioriteti qlobal futbol çərçivəsində gəlirlərin 90 faizinin yenidən bölüşdürülməsidir.

Məlumata görə, büdcə ixtisarları Amerika vergi ödəyicilərinin çiyinlərinə düşən əhəmiyyətli maliyyə yükü və azarkeşlər üçün rekord səviyyəyə çatan bilet qiymətləri fonunda sual doğurur.

"FIFA xərcləri nəzarətdə saxlamaq və beynəlxalq miqyasda futbolun inkişafına yönələn investisiyaları maksimum həddə çatdırmaq məqsədilə büdcə səmərəliliyini mütəmadi qaydada dəyərləndirir. Bu, gözlənilməz hal olmamalıdır, belə ki, biz hər turnir və tədbirə qədər büdcə icmallarını həyata keçiririk. Büdcə optimallaşdırılması cəhdlərinin qarşıdan gələn FIFA prezident seçkiləri ilə bağlı olduğu iddialar tamamilə əsassızdır", - deyə qurumun açıqlamasında vurğulanıb.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək./Report

Bizə qoşulun