Medianews.az
Dünya futbol çempionatının taleyi sarıdan narahatlıq yaranıb –
229 baxış

Dünya futbol çempionatının taleyi sarıdan narahatlıq yaranıb – SƏBƏB

23-cü dünya futbol çempionatının başlanmasına dörd aya yaxın vaxt qalır.

Çempionat iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Medianews.az bildirir ki, bu həftə Meksikada Xalisko yeni nəsil kartelinin lideri, “El Menço” kimi tanınan Nemesio Oseguera Servantesin öldürülməsindən sonra baş qaldıran qanlı toqquşmalar dünya futbol çempionatının taleyi baxımından da narahatlıqlar yaradıb.

İngiltərənin “Sky News” kanalı bildirir ki, Meksikadakı zorakılıq  çempionata, futbolçuların və azarkeşlərin mövqeyinə təsir göstərə bilər.

Kanal vurğulayır ki, dünya çempionatının start götürməsinə çox vaxt qalmayıb, ona görə Meksika hökuməti ölkədə vəziyyəti sürətlə nəzarət altına almalı, sabitlik yaratmalıdır: “Əks halda insanlar Meksikaya səfərdən çəkinə, bu ölkəyə getməkdən boyun qaçıra bilərlər”.

Medianews.az xatırladır ki, dünya futbol çempionatında 48 milli komanda iştirak edəcək. 42 komanda artıq çempionata vəsiqə alıb. Son 6 vəsiqənin sahibləri 2026-cı ilin martında müəyyənləşəcək.

ABŞ, Kanada və Meksikanın ev sahibi olduğu çempionatda komandalar 12 qrupa bölünüb: ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq:

A qrupu

Meksika
CAR
Cənubi Koreya
Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya

B qrupu

Kanada
İtaliya/Şimali İrlandiya/Uels/Bosniya
Qətər
İsveçrə

C qrupu

Braziliya
Mərakeş
Haiti
Şotlandiya

D qrupu

ABŞ
Paraqvay
Avstraliya
Türkiyə/Rumıniya/Slovakiya/Kosovo

E qrupu

Almaniya
Kürasao
Fil Dişi Sahili
Ekvador

F qrupu

Niderland
Yaponiya
Ukrayna/İsveç/Polşa/Albaniya
Tunis

G qrupu

Belçika
Misir
İran
Yeni Zelandiya

H qrupu

İspaniya
Kabo Verde
Səudiyyə Ərəbistanı
Uruqvay

İ qrupu

Fransa
Seneqal
Norveç
İraq/Boliviya/Surinam

J qrupu

Argentina
Əlcəzair
Avstriya
İordaniya

K qrupu

Portuqaliya
Konqo Demokratik Respublikası/Yeni Kaledoniya/Yamayka
Özbəkistan
Kolumbiya

L qrupu

İngiltərə
Xorvatiya
Panama
Qana.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun