Medianews.az
Dünya ulduzunun Bakı səfəri türk aktrisanı qısqandırdı:
106 baxış

Dünya ulduzunun Bakı səfəri türk aktrisanı qısqandırdı: "Səni bloklayaram"

Türk serialı “Yalı Çapkını” ilə məşhurlaşan tanınan Afra Saraçoğlu dünya ulduzu Keti Perrinin Bakıya səfəri ilə bağlı paylaşımına diqqət çəkən münasibət bildirib.

Aktrisa müğənninin Bakıda verəcəyi konsertlə bağlı paylaşımının şərh bölümündə yazaraq zarafatla qısqanclığını ifadə edib.

Onun “İstanbula gəlməsən, səni bloklayaram” şərhi izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq. "Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli təşkil olunacaq. Yubiley proqramının əsas hadisələrindən biri dünya şöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. O, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə "Formula 1" azarkeşinə unudulmaz şou təqdim edəcək.

Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək.

Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.//Dümokrat.az

Bizə qoşulun