Amerikanın məşhur "People" jurnalı 2026-cı ildə “Dünyanın ən gözəl məşhuru” titulunu aktrisa Enn Heteveyə verib.
Medianews.az bildirir ki, 43 yaşlı ulduz “Şeytan Prada geyinir”, “Necə şahzadə olmaq olar?” və “Qara cəngavər: əfsanənin dirçəlişi” filmləri ilə tanınır.
Hetevey gözəllik barədə fikrini bölüşərək bildirib: “Gözəllik mütləq gözəllik demək deyil, çünki o, özündə eybəcərliyi də ehtiva edir. Mənim nəzərimdə gözəllik - həmişə bu iki meyara cavab verən bir anlayış olub”.
Medianews.az