Medianews.az
Duran Çempionlar Liqası
104 baxış

Duran Çempionlar Liqası tarixinə düşdü

Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab görüşü "Qarabağ"ın futbolçusu Kamilo Duran üçün əlamətdar olub.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu matçda fərqlənib və cari mövsüm turnirdəki qollarının sayını 5-ə çatdırıb. Bununla da Duran Çempionlar Liqasında 1 mövsümə 5 qol vurmağı bacaran 2-ci kolumbiyalı futbolçu olub.

Daha əvvəl bu nəticəni "Monako"nun sabiq oyunçusu Radamel Falkao 2016/2017-ci illər mövsümündə göstərib.

Bizə qoşulun