Medianews.az
Duz yaddaşı zəiflədir -
92 baxış

Duz yaddaşı zəiflədir - AÇIQLAMA

Endokrinoloq Zuxra Pavlova duzun yaddaşa mənfi təsiri barədə xəbərdar edib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, duzun həddindən artıq qəbulu yaddaşın sürətlə pisləşməsinə səbəb ola bilər. Bu,  xüsusilə kişilərdə daha çox özünü göstərir. 

Mütəxəssis yeni araşdırmaya istinad edərək bildirib ki, alimlər 6 il ərzində 50 yaşdan yuxarı 1208 könüllünü müşahidə ediblər. Nəticədə, gündə təxminən 3,3 qram natrium (təqribən 8 qram duz) qəbul edən kişilərdə epizodik yaddaş daha sürətlə zəifləyib. Qadınlarda isə belə bir əlaqə aşkar edilməyib.

Pavlova əlavə edib ki, duzun yüksək miqdarda istifadəsi kişilərdə təzyiqin artmasına da səbəb olur. Bu da beyin üçün risk faktorudur.

Medianews.az

Bizə qoşulun