Medianews.az
Əkiz qardaşlar əkiz bacılarla
87 baxış

Əkiz qardaşlar əkiz bacılarla EVLƏNDİ - FOTO

Nigeriyada maraqlı və qeyri-adi toy mərasimi baş tutub. Əkiz qardaşlar əkiz bacılarla ailə qurublar.

Medianews.az xəbər verir ki, İbadan şəhərində keçirilən toy mərasimində gəlinlər eyni gəlinlik, bəylər isə eyni kostyum geyiniblər.

Bəy qardaşlar əkizlərin mədəniyyətinin təbliği ilə məşğul olan şirkətin təsisçiləridir. Onlar gələcək həyat yoldaşları ilə illər əvvəl tanış olsalar da, münasibətləri sonradan başlayıb.

Toy böyük marağa səbəb olub. Mərasim zamanı çoxsaylı insanlar yeni ailə quran cütlükləri izləyib, şəkillər çəkdirib. Yerli hakimiyyət nümayəndələri bu hadisənin bölgəyə turist marağını artıracağına ümid edir.

Yeni evlənənlər gələcəkdə ailə biznesini birlikdə idarə etməyi və uşaqlarını birgə böyütməyi planlaşdırırlar.

Medianews.az

Bizə qoşulun