Medianews.az
Ronaldonu tənqid etdi:
90 baxış

Ronaldonu tənqid etdi: "O, millisinin əsas problemidir"

Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin Portuqaliya yığmasının lideri Kriştiano Ronaldonun komandadakı rolu ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Medianews.az xəbər verir ki, Arşavinin sözlərinə görə, hazırkı Portuqaliya millisində əsas söz sahibi digər futbolçular olmalıdır:

“Dünya çempionatı başlamazdan əvvəl də aydın idi ki, Ronaldo Portuqaliya üçün müəyyən mənada problemdir. Komandanın heyəti Fransa və İspaniyadan geri qalmır. Sadəcə, Ronaldunun komandadakı adı və nüfuzu o qədər böyükdür. Bbuna baxmayaraq onun mərkəz hücumçusu mövqeyində effektivliyi yüksək deyil”.

Sabiq futbolçu hesab edir ki, komandanın ön plana çıxarmalı olduğu futbolçular arasında Bruno Fernandeş, Vitinya və Joao Neveş kimi oyunçular var.

Arşavin əlavə edib ki, vəziyyət həm baş məşqçinin qərarlarından, həm də Ronaldonun öz yanaşmasından asılıdır: “Bəlkə də Ronaldo artıq digər futbolçulardan daha çox fayda verə bilmədiyini qəbul etməlidir”.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın ilk turunda Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib. Ronaldo həmin görüşdə 90 dəqiqə meydanda olsa da, məhsuldar fəaliyyəti ilə seçilməyib.

Medianews.az

Bizə qoşulun