İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays dünya çempionatı-2026-da Argentina ulduzu Lionel Messinin çıxışını yüksək qiymətləndirib.
Medianews.az xəbər verir ki, futbolçunun sözlərinə görə, 38 yaşlı Messinin göstərdiyi performans xüsusi bir hadisədir: “Biz hazırda xüsusi bir şeyə şahidlik edirik. Onun bu yaşda etdikləri inanılmazdır. Onun oyununu izləməkdən böyük zövq alıram”.
Qeyd edək ki, Messi turnirin qrup mərhələsinin iki oyununda 5 qol vuraraq dünya çempionatları tarixinin bombardiri olub. Onun aktivində ümumilikdə 18 qol var və o, Miroslav Klozenin (16 qol) rekordunu yeniləyib.
Medianews.az