Litvada Baş nazir İnqa Ruqiynenin rəhbərlik etdiyi hökumət istefa verib. Təxminən doqquz ay hakimiyyətdə qalan kabinet fəaliyyətini rəsmən dayandırıb.
Medianews.az xəbər verir ki, bu barədə Litvanın "Delfi" portalı məlumat yayıb.
Bildirilir ki, hökumətin istefası ölkədə yeni hakim koalisiyanın formalaşdırılması və Litva Sosial-Demokrat Partiyasının (LSDP) sədri Mindauqas Sinkyaviçyusun Baş nazir postuna namizədliyinin irəli sürülməsindən sonra baş tutub.
Litvanın formalaşacaq yeni hökumətinin əsas prioritetləri də açıqlanıb. Koalisiya sazişinə əsasən, rəsmi Vilnüs ABŞ hərbçilərinin ölkədə uzunmüddətli mövcudluğuna nail olmağa çalışacaq.
Sənəddə həmçinin hökumətin hava hücumundan müdafiə sistemini gücləndirmək, Ukraynaya və onun Avropa İttifaqı (Aİ) tərəfdaşlığı ilə NATO inteqrasiyasına dəstək vermək, eləcə də Litvanın müdafiə xərclərini ÜDM-in ən azı 5%-i səviyyəsində saxlamaq barədə öhdəlikləri yer alıb.//Modern.az