Medianews.az
Əli Xamenei uşağa: “Əvvəl oxu, alim ol, sonra şəhidlik barədə düşün” -
113 baxış

Əli Xamenei uşağa: “Əvvəl oxu, alim ol, sonra şəhidlik barədə düşün” - VİDEO

İranın ali dini lideri Əli Xameneinin bir tədbir zamanı azyaşlı uşaqla dialoqu ictimaiyyətin diqqətini cəlb edib.

Medianews.az xəbər verir ki, görüntülərdə uşağın “Mənim üçün dua edin, şəhid olum” dediyi eşidilir.

Xamenei uşağı yanına çağıraraq ona əvvəlcə böyüməyi, dərslərinə ciddi yanaşmağı, alim olmağı və İslama xidmət etməyi tövsiyə edib. O bildirib ki, insan uzun ömür yaşadıqdan sonra şəhidlik zirvəsinə çata bilər.

Hadisə ABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edib. Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı sərt bəyanatları və sanksiyaları davam edir. Tehran isə mümkün hərbi müdaxiləyə cavab veriləcəyini açıqlayır. Qarşılıqlı bəyanatlar regionda risklərin artdığına dair qiymətləndirmələri gücləndirib.

Müzakirələrdə “şəhidlik” anlayışının qabardılması diqqət çəkib. İranda bu anlayış xüsusilə İran-İraq müharibəsi dövründən etibarən rəsmi ideologiyada mühüm yer tutur. Bununla yanaşı, Xameneinin cavabında təhsil və elmin vurğulanması müxtəlif şərhlərə səbəb olub.

Medianews.az

Bizə qoşulun