Medianews.az
Epşteyn işi:
130 baxış

Epşteyn işi: Bank of Amerika zərərçəkənlərlə razılaşdı

ABŞ-də uşaq istismarı və insan alveri şəbəkəsi qurmaqda ittiham olunan milyarder Ceffri Epşteynlə bağlı məhkəmə proseslərində yeni mərhələ başlayıb.

Medianews.az xəbər verir ki,  ABŞ-nin maliyyə nəhəngi Bank of Amerika Epşteynin zərərçəkənləri tərəfindən açılan kollektiv iddia üzrə razılaşmaya gəlib.

İddiada bildirilirdi ki, bank Epşteynin maliyyə əməliyyatlarını həyata keçirərkən şübhəli fəaliyyətləri görməzdən gəlib və bununla da istismar şəbəkəsinin fəaliyyətinin davam etməsinə dolayı şəkildə şərait yaradıb.

Razılaşmanın detalları və ödəniləcək təzminatın məbləği hələ açıqlanmayıb. Sazişin qüvvəyə minməsi üçün məhkəmənin təsdiqi tələb olunur.

Qeyd edək ki, Epşteynlə bağlı maliyyə əməliyyatlarına görə daha əvvəl də bir sıra iri banklar məhkəmə iddiaları ilə üzləşib. JPMorgan Chase və Deutsche Bank zərərçəkənlərlə milyonlarla dollar dəyərində razılaşmalar əldə edib.

Ekspertlər bildirirlər ki, bu cür işlər bankların müştəri əməliyyatlarına nəzarət məsuliyyəti baxımından maliyyə sektoru üçün mühüm presedent yaradır.

Medianews.az

Bizə qoşulun