Medianews.az
Erman Toroğlu barəsində
45 baxış

Erman Toroğlu barəsində istintaq başladılıb

Türkiyədə idman şərhçisi və sabiq futbol hakimi Erman Toroğlu barəsində televiziya proqramında səsləndirdiyi fikirlərə görə istintaq başlanılıb.

Medianews.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Toroğlunun açıqlamalarını “ictimaiyyəti bilərəkdən yanlış məlumatlandırma” maddəsi üzrə araşdırır.

Məlumata görə, Erman Toroğlu 8 fevral 2026-cı il tarixində qatıldığı televiziya proqramında Türkiyə futbolu ilə bağlı səsləndirdiyi iddialara görə istintaqa cəlb olunub. O, ifadəsində həmin açıqlamaların birbaşa məlumatlara deyil, eşitdiyi söz-söhbətlərə əsaslandığını və iddiaların doğruluğuna əmin olmadığını bildirib.

İstintaq çərçivəsində Toroğlunun ifadəsi alındıqdan sonra o, məhkəməyə göndərilib.

Qeyd edək ki, Erman Toroğlu verilişdə “Qalatasaray” klubunun prezidenti Dursun Özbekin federasiya rəhbərliyi ilə bağlı guya gizli görüş keçirdiyini iddia etmişdi. Rəsmi qurumlar bu açıqlamaların hüquqi qiymətləndirilməsinin aparıldığını bildiriblər.

Medianews.az

Bizə qoşulun