Medianews.az
Ermənistanın müdafiə naziri yeni müharibə xəbərdarlığı edib
172 baxış

Ermənistanın müdafiə naziri yeni müharibə xəbərdarlığı edib

Ermənistan müxalifətinin qonşu dövlətlərə qarşı ərazi iddiaları yeni müharibəyə səbəb olacaq”. Medianews.az-ın məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan belə deyib.

Nazirin sözlərinə görə, baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, rəhbərlik etdiyi hərəkat “Qarabağ hərəkatı”nın davamı olmayacaq: “Lakin müxalif qüvvələrin mövqeyi faktiki olaraq “Qarabağ hərəkatı” xəttinin davam etdirilməsinə yönəlib. Siyasi qiymətləndirmə, kimin səsləndirməsindən asılı olmayaraq, məsuliyyət tələb edir. Aydındır ki, bəzi müxalif qüvvələrin hərbi ritorikası müharibəyə gətirib çıxaracaq”.

Martın 19-da Nikol Paşinyan da qeyd edib ki, hakimiyyətə başqa qüvvələrin gəlməsi sülh gündəliyinin yenidən nəzərdən keçirilməsi ilə nəticələnə bilər və bu da müharibə riski yaradır.

Medianews.az

Bizə qoşulun