Medianews.az
Ev almaq üçün boşananların sayı ARTIR   –
347 baxış

Ev almaq üçün boşananların sayı ARTIR – Bu ölkədə

Rusiyada ailə ipotekası qaydalarında edilən dəyişikliklər saxta boşanmaların artmasına səbəb olub.

Medianews.az xəbər verir ki, bəzi ailələrdə güzəştli kreditdən ikiqat yararlanmaq üçün ər-arvad gerçəkdən ayrılmasalar da, rəsmi şəkildə boşanırlar.

Ona görə yeni qaydalarda bir ailə üçün yalnız bir ipoteka krediti nəzərdə tutulur və həyat yoldaşlarından biri kredit götürdükdə digəri avtomatik olaraq zamin və ya birgə borcalan sayılır.

Ekspertlər hesab edirlər ki, ailə ipotekasında fərdi ev tikintisinə ayrılan məbləğ çox vaxt kifayət etmir. Buna görə də bəzi ailələr iki ayrı kredit əldə etmək üçün saxta boşanmaya gedirlər.

Medianews.az

Bizə qoşulun