Medianews.az
Ev şəraitində gizli təhlükə:
118 baxış

Ev şəraitində gizli təhlükə: hər nəfəsdə ağciyərlər zədələnə bilər

Gündəlik həyatda fərq edilməyən bir çox amil ağciyər sağlamlığına zərər verə bilər.

Medianews.az-ın məlumatına görə, türkiyəli mütəxəsis Melahat Bekir Külah bildirib ki, siqaret tüstüsü, çirkli kondisionerlər, evdə paltar qurutmaq və kimyəvi təmizləyicilər ağciyərlərdə ciddi zədələr yarada bilər.

Həkimin sözlərinə görə, siqaret tüstüsü həm aktiv, həm də passiv formada astma və KOAH kimi xəstəliklərin yaranma riskini artırır. Kondisionerlərin vaxtında təmizlənməməsi və havalandırmanın zəif olması da tənəffüs problemlərinə səbəb olur.

Evdə paltar qurutmaq rütubəti artıraraq kif əmələ gəlməsinə şərait yaradır. Bu isə nəfəs yolu ilə ağciyərlərə təsir edərək infeksiyalara yol aça bilər. Güclü kimyəvi maddələrin nəzarətsiz istifadəsi də xüsusilə allergiya və astma xəstələrində vəziyyəti ağırlaşdıra bilər.

Mütəxəssis həmçinin qeyd edib ki, kifayət qədər su içilməməsi və hərəkətsizlik də ağciyər sağlamlığını zəiflədir. Gündəlik yüngül fiziki aktivlik və düzgün rütubət balansı isə tənəffüs sisteminin qorunmasına kömək edir.

Medianews.az

 

 

Bizə qoşulun