Haitidə yerləşən Laferrier qalasında sosial media fenomeni “Dopefresh”in bölgəyə gəlməsi zamanı baş verən izdiham nəticəsində azı 30 nəfər həyatını itirib.
Medianews.az xəbər verir ki, bununla bağlı “The New York Times”ın məlumat yayıb.
Məlumata görə, hadisə zamanı çoxlu sayda insan toplaşıb və yaranan sıxlıq faciəyə səbəb olub. Rəsmilər ölənlərin sayının arta biləcəyini bildirir.
Mədəniyyət və Kommunikasiya naziri Emmanuel Menar faktla bağlı araşdırma başladıldığını açıqlayıb.
Əsl adı Sebastyen Cozef olan fenomen hadisəni “çox kədərli” adlandırıb. O, izdiham zamanı ərazidə olmadığını iddia edərək bildirib ki, əraziyə giriş-çıxış üçün yalnız bir qapı olub və yağış başlayanda insanlar eyni anda hərəkətə keçib.
Medianews.az