UEFA Çempionlar Liqasının finalında PSJ-nin futbolçuları ilə bağlı yaşanan epizod böyük mübahisəyə səbəb olub.
Medianews.az xəbər verir ki, final matçının 30-cu dəqiqəsində Paris təmsilçisinin müdafiəçisi Nuno Mendes zədələnərək meydanda qalıb.
Portuqaliyalı futbolçu tibbi yardım gözlədiyi anda PSJ oyunçuları topu aut xəttinə çıxarmaq əvəzinə hücumu davam etdiriblər.
Bu qərar həm stadiondakı azarkeşlərin, həm də sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Bir çox futbolsevər oyunçuların “fair-play” prinsiplərinə uyğun davranmadığını bildirib və topun dərhal meydandan çıxarılmalı olduğunu vurğulayıb.
Sosial mediada yayılan görüntülər qısa müddətdə geniş müzakirələr doğurub. Azarkeşlərdən bəziləri PSJ futbolçularının komanda yoldaşının sağlamlığını nəzərə almadığını iddia edib.
Hadisə Arsenal və PSJ arasında keçirilən final qarşılaşmasının ən çox danışılan məqamlarından birinə çevrilib. Oyunun yüksək tempi və finalın yaratdığı gərginlik fonunda yaşanan bu epizod futbol ictimaiyyətində geniş rezonans doğurub.
Medianews.az
