Medianews.az
Finalın son iştirakçısı müəyyənləşir:
98 baxış

Finalın son iştirakçısı müəyyənləşir: "Bavariya", yoxsa PSJ?

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulur.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, son oyun günündə "Bavariya" Almaniyada PSJ-ni qəbul edəcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Xatırladaq ki, komandalar arasında Fransada keçirilən ilk matç PSJ-nin 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.

6 may

UEFA Çempionlar Liqası

Yarımfinal

23:00, "Bavariya" - PSJ

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Budapeştdə keçiriləcək.

Bizə qoşulun