Medianews.az
“Flamenqo” 8:0 hesablı qələbədən sonra baş məşqçini
235 baxış

“Flamenqo” 8:0 hesablı qələbədən sonra baş məşqçini istefaya göndərdi

Braziliyanın “Flamenqo” klubu baş məşqçi Filipe Luis ilə yollarını ayırıb.

Medianews.az xəbər verir ki, qərar komandanın kubok oyununda “Madureyra” üzərində 8:0 hesablı qələbəsindən sonra verilib.

Klub iki ay əvvəl müqaviləsini uzatdığı 40 yaşlı mütəxəssisi gözlənilmədən vəzifəsindən kənarlaşdırıb. Onun rəhbərliyi altında komanda son üç ayda Libertadores Kuboku və Braziliya çempionatında çempion olub, həmçinin ölkə kubokunu qazanıb.

Braziliya mediasının məlumatına görə, komandanın yeni baş məşqçisi Leonardo Jardim olacaq.

Filipe Luis komandanın sükanı arxasında 99 oyuna çıxıb və orta hesabla 2,09 xal toplayıb. Cari mövsümdə isə “Flamenqo” liqada 3 turdan sonra 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə çıxış edib.

Medianews.az

Bizə qoşulun