Medianews.az
“Flora xanım Ruhəngizə deyib ki, səni mən üzə çıxartmışam, 70 yaşın var utanmırsan?”
204 baxış

“Flora xanım Ruhəngizə deyib ki, səni mən üzə çıxartmışam, 70 yaşın var utanmırsan?” - FOTO/ÖZƏL

“Ruhəngiz Musəviyə “Əməkdar artist” fəxri adını Flora Kərimovanın xahişi ilə veriblər. Flora xanım Mədəniyyət Nazirliyindən xahiş edib. Pulsuz-parasız, Flora xanımın xətrinə ona ad veriblər. Bu az işdir?! Mən bunu dəqiq bilirəm. Bütün bunlar mənim gözümün qabağında olub. Mən yalan danışacam?! Bu yaşda mənə yaraşar?! İndi Flora xanımı saymır, zəng etmir. Əvvəl iki gündən bir yanında idi, indi heç onu itirib-axtarmır. Bilmirəm aralarında nə olub? Amma Flora xanım da küsüb ondan. Keçən dəfə hətta Flora xanım verilişə də zəng edib, sözgəlişi ona deyib ki, keçmişini unutma, səni mən üzə çıxartmışam”

Bunu Medianews.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

 

O daha sonra Ruhəngiz Müsəvinin ondan “Elgizlə izlə” verilişindəki canlı yayımdan sonra küsdüyünü bildirib: 

“Ruhəngiz heç kimlə yola getmir. Heç mənimlə də danışmır. Onun xasiyyətini yaxşı bilirəm. Yəqin Flora xanımı da sancıb. Bir müddət əvvəl “Xəzər”-tv də mənimlə onun duetini göstərəndə ağız-burun əyib. Nə deyim?! 70 yaşın var, utanmırsan?! Bir ton çörək kəsmişik, ailəmin üzvü olmusan, mən səni özümlə toylara aparmışam. Necə unuda bilərsən?! Yaxşı, mən yalan deyirəm, bəs Flora Kərimova?! Biz cavanlığımızdan bir yerdəyik. Mənim 76 yaşım var, onun da 70-dən çox yaşı var”.



Əli Mirəliyevə bizim vasitəmizlə Ruhəngiz xanıma barışıq addımı atmağı da təklif etdik.. Cavabı isə belə oldu:

“Mən bəyəm küsmüşəm ki, ondan barışım da?! Küsməmişəm. O küsüb küssün də. Məndən niyə küsür ki?! Öz xasiyyətindən küssün də. Siz niyə ona görə əl-ayağa düşmüsüz?! Barışsam belə xeyri yoxdur, yenə səbəb tapıb küsəcək. Xeyri olsaydı edərdim də. O mənim evimə gəlib-gedib, yoldaşımla rəfiqə olub. Mən onu heç kimin yaxından tanımadığı qədər gözəl tanıyıram. Bizim duetlərimiz olub, 10-12 duetim elə Ruhəngizlədir. Bu elə-belə deyil ki.. Cavanlıqda bir yerdə olmuşuq, indi həyatdır da. Bir də gördün özü gəldi, açdı qapını, mənimlə danışdı. Heç nə olmamış kimi addım atmağı da var. Bu hərəkəti də gözləyirəm ondan. Ürəyində əslində heç nə yoxdur. Xasiyyətini bilirəm, dəymədüşərdir”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun