Medianews.az
“Formula 1”də növbəti dəyişiklik:
57 baxış

“Formula 1”də növbəti dəyişiklik: Bakı yarışı sual altında

Regionda artan gərginlik beynəlxalq idman tədbirlərinə də təsirsiz ötüşmür. Belə ki, “Formula 1” Azərbaycan Qran-Prisinin ləğvi ehtimalı gündəmə gəlib.

Medianews.az Musavat.com-a istinadəb xəbər verir ki, bu barədə jurnalist Culianna Çerasoli bildirib.

Onun sözlərinə görə, regionda baş verən hadisələr fonunda “Formula 1” təqvimində dəyişikliklər istisna olunmur.

Jurnalist qeyd edib ki, daha əvvəl Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərindən sonra təqvimdən daha bir yarışın çıxarılması ehtimalı müzakirə edilir və bu sırada Bakı yarışı da yer ala bilər.

Hələlik məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, dünyanın ən məşhur avtomobil yarışı seriyası olan “Formula 1” artıq iki mühüm mərhələnin ləğv edildiyini açıqlayıb. Çempionat rəhbərliyi regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərini keçirməmək qərarına gəlib. Çempionatın prezidenti və baş icraçı direktoru Stefano Domenikali bildirib ki, bu qərar asanlıqla qəbul olunmayıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki mövcud vəziyyət və təhlükəsizlik riskləri nəzərə alınaraq belə bir addım atılıb.

Bizə qoşulun