Medianews.az
“Formula-1”dən gözlənilməz QƏRAR
170 baxış

“Formula-1”dən gözlənilməz QƏRAR

Yaxın Şərqdə artan gərginlik idman dünyasına da təsir edib. Dünyanın ən məşhur avtomobil yarış seriyası olan “Formula-1” iki mühüm mərhələnin ləğv edildiyini açıqlayıb.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, çempionat rəhbərliyi regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərini keçirməmək qərarına gəlib.

Çempionatın prezidenti və baş icraçı direktoru Stefano Domenikali bildirib ki, qərar asan qəbul olunmayıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki mövcud vəziyyət və təhlükəsizlik riskləri nəzərə alınaraq bu addım atılıb.

Domenikali qeyd edib ki, təşkilatçılar əvvəlcə yarışların başqa ölkələrdə keçirilməsi və ya təqvimdə dəyişiklik edilməsi kimi müxtəlif alternativ variantları müzakirə ediblər. Lakin yekunda mərhələlərin başqa yarışlarla əvəz olunmaması qərara alınıb.

Beləliklə, mövsüm təqvimində mühüm yer tutan iki Yaxın Şərq mərhələsi baş tutmayacaq. 

Bizə qoşulun