Medianews.az
Futbol tarixində görünməmiş hadisə:
146 baxış

Futbol tarixində görünməmiş hadisə: Qapıçının vurduğu top… - VİDEO

Türkiyədə qapıçının uzaq məsafəyə vurduğu top havada uçan qağayıya dəyib.

Medianews.az xəbər verir ki, hadisə İstanbulda keçirilən həvəskar futbol oyununda baş verib.

Zərbədən sonra yerə düşən quşa meydandakı futbolçu tərəfindən ürək masajı edilib. Müdaxilədən sonra qağayının vəziyyəti stabilləşib.

Daha sonra quş müalicə üçün hadisə yerinə çağırılan baytarlara təhvil verilib.

Hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Medianews.az

Bizə qoşulun