Medianews.az
Gecə rahat yata bilmirsiniz? –
60 baxış

Gecə rahat yata bilmirsiniz? – səbəblər AÇIQLANDI

Psixoloq Nuriya Rure yuxu keyfiyyətinin mütəmadi qiymətləndirilməsinin vacib olduğunu bildirib.

Medianews.az xəbər verir ki, o, keyfiyyətsiz yuxunun iki əsas əlamətini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, əgər insan həftədə ən azı üç dəfə yuxuya getmək üçün 30 dəqiqədən çox vaxt sərf edirsə, bu problem sayılır. Digər əlamət isə gecə ərzində 30 dəqiqəyə qədər davam edən tez-tez oyanmalardır.

Rure əlavə edib ki, yuxusuzluq hallarının 70 faizi stress və sürətli həyat tempi ilə bağlıdır. Onun fikrincə, stress yuxuya getməyi çətinləşdirir, yuxu çatışmazlığı isə stressi artıraraq qapalı dövr yaradır.

Medianews.az

Bizə qoşulun