Medianews.az
Gənc milyonçu yenidən
115 baxış

Gənc milyonçu yenidən zibil daşıyan oldu

İngiltərədə 19 yaşında lotereyadan 9 milyon 700 min funt sterlin (təxminən 22 milyon manat) qazanan Maykl Kerroll səkkiz il ərzində bütün sərvətini itirib.

Medianews.az xarixi mediaya istinadən xəbər verir ki, Kerroll 2002-ci ildə zibilçi işlədiyi vaxt böyük cekpotu qazanaraq ölkə gündəminə düşmüşdü.

Gənc yaşda milyonçu olan o, qazandığı vəsaiti əsasən əyləncələrə, qumara və dəbdəbəli həyata xərcləyib.

Nəticədə qısa müddətdə müflis olan Kerroll yenidən əvvəlki peşəsinə — zibil danışmağa qayıdıb. Onun hekayəsi mediada ibrətamiz nümunə kimi təqdim olunur.

Medianews.az

Bizə qoşulun