Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb.
İlkin məlumata görə, qəzada 9 yaşlı Y. H, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır./Report
