Medianews.az
Gənclərdə yaddaş problemlərinin
80 baxış

Gənclərdə yaddaş problemlərinin əsas səbəbi AÇIQLANDI

Nevroloq və psixiatr Polina Vaxromeyeva bildirib ki, 25–35 yaş arası insanların təxminən 30%-i yaddaş zəifliyi və diqqət dağınıqlığı ilə üzləşir.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, gənclərdə yaddaş problemlərinin əsas səbəbi diqqətin pozulması və gündəlik həyatda həddindən artıq informasiya yüklənməsidir.

Stress, yuxusuzluq və istirahətin azlığı sinir sistemini yükləyir və beynin yeni məlumatları yadda saxlama qabiliyyətini zəiflədir.

Bundan əlavə, xroniki emosional gərginlik kortizol hormonunun artmasına səbəb olur. Bu da yaddaş üçün vacib olan hippokampus bölgəsinə mənfi təsir göstərir.

Həkim həmçinin siqaret, alkoqol, düzgün olmayan qidalanma və B qrup vitaminləri, D vitamini, dəmir və digər mikroelementlərin çatışmazlığının da yaddaş problemlərini gücləndirdiyini bildirib.

Medianews.az

Bizə qoşulun