Medianews.az
Gənə dişləməsi sonrası
109 baxış

Gənə dişləməsi sonrası təhlükəli simptomlar

Həkimlər bildirir ki, gənə dişləməsindən sonra bəzi simptomlar ciddi infeksiyalara işarə edə bilər.

Medianews.az xəbər bu haqda amerikalı infeksionist Tomasa Russo danışıb.

Onun sözlərinə görə, dişləmədən sonra təxminən 30 gün ərzində vəziyyət diqqətlə izlənilməlidir. Ən xarakterik əlamət dəridə yaranan və dişləmə yerindən kənara yayılan səpgidir.

Bundan əlavə, qızdırma, güclü halsızlıq, baş ağrısı, əzələ və oynaq ağrıları da müşahidə oluna bilər. Bəzi hallarda oynaqlarda şişkinlik və həssaslıq yaranır.

Həkim həmçinin qeyd edir ki, bəzi xəstələrdə qırmızı ət və süd məhsullarına qarşı dözümsüzlük inkişaf edə bilər. Bu, gənə dişləməsi ilə əlaqəli nadir, lakin təhlükəli vəziyyət olan alpha-gal sindromu ilə bağlı ola bilər.

Mütəxəssislər belə simptomlar yarandıqda dərhal həkimə müraciət etməyi tövsiyə edir.

Medianews.az

Bizə qoşulun