Medianews.az
Google-ın süni intellekt modulu xəbər saytlarını
109 baxış

Google-ın süni intellekt modulu xəbər saytlarını çətin vəziyyətə salır

Google ABŞ və Avropada istifadə olunan süni intellekt dəstəklı axtarış modulunu (AI Modu) təqdim edib. Bu sistem istifadəçilərə axtardığı məlumatı birbaşa axtarış nəticələrində göstərir, saytların ziyarətinə ehtiyac qalmır. Bu xüsusiyyət xəbər saytları üçün ciddi problemlər yaradır.

Medianews.az-ın məlumatına görə, Digital Content Next (DCN) bildirir ki, bəzi media orqanları üçün yönləndirmə trafiki 95 fazirə qədər azalıb.

Ümumilikdə, ABŞ-dəki 10 böyük texnologiya xəbər saytının trafiki 112 milyondan 50 milyona düşüb.

Xəbər saytları Google-ı “ədalətsiz rəqabət”də günahlandırır və süni intellekt tərəfindən hazırlanan xülasələrin onların gəlirlərinə ciddi təsir etdiyini vurğulayır.

Google isə iddiaları rədd edir və yüksək keyfiyyətli kliklərin artdığını bildirir. Eyni zamanda, istifadəçilər süni intellekt nəticələrini aradan qaldırmaq üçün "-AI" əlavə edərək və ya Web sekməsini istifadə edərək klassik axtarışa keçə bilərlər.

Avropa Komissiyası artıq Google-ın süni intellekt xülasələrində veb saytlarından ədalətsiz məlumat istifadəsini araşdırmağa başlayıb.

Medianews.az

 

Bizə qoşulun