Medianews.az
Gözü linzalı yatanlara
119 baxış

Gözü linzalı yatanlara XƏBƏRDARLIQ

Kontakt linzalar rahat və estetik həll kimi geniş istifadə olunsa da, düzgün istifadə edilmədikdə ciddi göz problemlərinə səbəb ola bilər.

Medianews.az xəbər verir ki, bununla bağlı türkiyəli oftalmoloq Uğur Tunç xəbərdarlı edir.

O, bildirib ki, linza gözün buynuz qişasına (korneaya) gedən oksigeni azaldır. Xüsusilə linza ilə yatarkən göz qapalı olduğu üçün oksigen çatışmazlığı artır və bu, ciddi infeksiyalara gətirib çıxara bilər. Hətta ağır hallarda bu vəziyyət buynuz qişanın transplantasiyasına qədər gedə bilər.

Mütəxəssis qeyd edib ki, kontakt linzalarla su təması qətiyyən yolverilməzdir. Krandan gələn suda olan bakteriya və parazitlər göz infeksiyası riskini artırır. Linzaya toxunmazdan əvvəl əllərin sabunla yuyulması və təmiz şəkildə qurulanması vacibdir.

O, həmçinin vurğulayıb ki, “1 aylıq linza” ifadəsi onun bir ay fasiləsiz istifadə olunması demək deyil, sadəcə istifadə müddətini bildirir. “Gecə istifadəyə uyğun” deyilən linzalar da yatmaq üçün nəzərdə tutulmayıb, yalnız uzunmüddətli oyaq istifadə üçündür.

Medianews.az

 

Bizə qoşulun