Braziliyanın Minas-Jerays ştatında güclü yağışlar faciəyə səbəb olub.
Medianews.az xəbər verir ki, fevralın 23-də yağan leysan nəticəsində Uba şəhəri su altında qalıb. Sel dəfn bürosunu dağıdaraq tabutları küçələrə çıxarıb, avtomobilləri aşırıb.
Rəsmi məlumata görə, azı 29 nəfər ölüb, 45 nəfər isə itkin düşüb. Bir çox ailə evsiz qalıb. Məktəblər bağlanıb, bəzi xəstəxanalar zərər görüb, xilasetmə işləri davam edir.
Medianews.az