İndoneziyanın Sumatra adasında 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
Medianews.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, təbii fəlakətin episentri Şimali Sumatra əyalətində yerləşən Padanqsidempuan şəhərindən 221 km cənub-qərbdə qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların ocağı 37 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb./ajans.az