Medianews.az
Gültəkin Hacıbəylinin yaxınlarından
165 baxış

Gültəkin Hacıbəylinin yaxınlarından VACİB AÇIQLAMA

İki gün öncə Türkiyədən Azərbaycana deportasiya edilən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin səhhətində problemlər yaranıb. 

Medianews.az xəbər verir ki, bu barədə gununsesi.info-ya sabiq deputatın yaxınları məlumat verib.

Bildirilib ki, Gülktəkin Hacıbətyli uzun müddət Çatalca Geri Göndərmə Mərkəzində ağır şəraitdə saxlanıldığından səhhətində bir sıra problemlər yaranıb.

“Ona görə də müəyyən bir müddət lazımdır ki, səhhəti qaydasına düşsün. Hazırda o, səhhətinin yaxşılaşması üçün müalicə alır", - yaxınları bildirib.  Onun bu səbəbdən mediaya açıqlama vermədiyi qeyd edilib.

Bizə qoşulun