Medianews.az
“Rasimə düz deyir ki, yekə kişiyəm, ən böyük günah Anardadır ki, ona...” -
197 baxış

“Rasimə düz deyir ki, yekə kişiyəm, ən böyük günah Anardadır ki, ona...” - FOTO/ÖZƏL

“Rasimə xanım düz deyir də. Mənə “yekə kişi” deyib də. Balaca kişi deyiləm ki, mən. Əgər insan özünü hamıdan üstün sayırsa, özünü hamıdan üstün sayan insanları qınamırsansa, özündən razı və müştəbehsənsə sən demək ki, şizofrensən. Bunu elm sübut edir. Bu mənim işim deyil. Gedin elmi güllələyin! Nə edirsiz, edin. Mən deməmişəm ki! Məndə nə işiniz var ki?”

Bunu Medianews.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov deyib.

 

O daha sonra Elza Seyidcahanı Yazıçılar Birliyinə üzv qəbul etdiyinə görə yazıçı Anarı günahlandırıb:

“Nə danışırlar danışsınlar. Bu sözlərin ünvanı mən deyiləm. Mənə aid deyil. Nə deyir desin, istəyir lap söyüş söysün. Cəmiyyətimiz də bu gündədir. Onun ən böyük təqsiri yazıçımız Anara düşür ki, onu Yazıçılar Birliyinə üzv edib. Ayıbdır! Onun yazdıqları nədir? “Ağzını tikim, nəyini tikim”.. Ziyalısız, jurnalistsiz. Ağzınıza su almayın, bir dəfə danışın, mövqeyinizi ortalığa qoyun”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan "Öz aramızda" verilişində həkim Rəşid Mahmudovu hədəf alıb.

Buna səbəb R. Mahmudovun Əməkdar artist barədə səsləndirdiyi "manyakal şizofren" ifadəsi olub. Rasimə Seyidcahan canlı efirdə bu fikirlərə sərt reaksiya verərək, həkimin ünvanına kəskin sözlər səsləndirib. O, bacısına qarşı işlədilən ifadəni qəbuledilməz adlandırıb.

Medianews.az

Bizə qoşulun