On minlərlə insan üzərində aparılan araşdırma göstərib ki, gündəlik vərdişlərdə edilən kiçik dəyişikliklər belə həyat müddətinə ciddi təsir edə bilər.
Medianews.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gündə təxminən 5 dəqiqə artıq yuxu, 2 dəqiqə əlavə fiziki aktivlik və yarım porsiya daha çox tərəvəz qəbulu birlikdə tətbiq edildikdə ömür müddətini orta hesabla bir il və ya daha çox uzada bilər.
Araşdırmada bu amillərin birlikdə daha güclü təsir göstərdiyi, yuxu, hərəkət və qidalanma arasında qarşılıqlı sinerji yarandığı qeyd olunur.
Ən sağlam həyat tərzi üçün gündə ən azı 7 saat yuxu, 40 dəqiqədən çox fiziki aktivlik və balanslı qidalanma tövsiyə edilir. Bu vərdişlərə əməl edənlərin daha uzun və sağlam ömür sürdüyü bildirilir.
Tədqiqatçılar vurğulayır ki, bu dəyişiklikləri tətbiq etmək çətin deyil. Telefon istifadəsini azaltmaq, lift əvəzinə pilləkəndən istifadə etmək və ya qidalanmaya daha çox tərəvəz əlavə etmək kimi sadə addımlar zamanla mühüm nəticələr verə bilər.
Medianews.az