Medianews.az
Gündə neçə stəkan çay içmək olar?
61 baxış

Gündə neçə stəkan çay içmək olar?

Gündə üç-dörd stəkandan çox çay içmək sağlamlığa zərərli ola bilər”.

Medianews.az xəbər verir ki, bunu rusiyalı həkim Nisa Aslam deyib.

O bildirib ki, əvvəllər dörd-beş stəkan çay təhlükəsiz hesab olunurdu. Lakin həkimin sözlərinə görə, yeni araşdırmalar göstərir ki, beş stəkanı aşanda insan kofeinin təhlükəli təsirlərini hiss etməyə başlayır.

Eyni zamanda həkim qeyd edib ki, çayı normada içəndə iltihab əleyhinə yaxşı təsir göstərir. Bu təsir xüsusilə iltihabı proses ilkin səviyyədə olanda duyulur.

Ekspert vurğulayıb ki, çay dərmanı əvəz etmir, sadəcə bədənin iltihabi stressə reaksiyasını stimullaşdıra bilər.

Medianews.az

Bizə qoşulun