Medianews.az
Gürcüstanın 10 əsas ticarət tərəfdaşı -
118 baxış

Gürcüstanın 10 əsas ticarət tərəfdaşı - Azərbaycan da var

2026-cı ilin ilk rübündə Gürcüstanın xarici ticarət dövriyyəsinin 77 faizi 10 ölkənin payına düşüb.

Medianews.az Milli Statistika Xidmətinə istinadla bildirir ki, əsas ticarət tərəfdaşları cərgəsində Türkiyə öndə göstərilir. İlk beşlikdə Rusiya, Çin, ABŞ və Azərbaycan da yer alır.

Qalan tərəfdaşlar belə sıralanır: Almaniya, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan.

Rəsmi açıqlamaya görə, yanvar-mart aylarında 5 milyard 862,1 milyon dollar dəyərində ticarət dövriyyəsi qeydə alınıb. Bu, 2025-ci ilin ilk rübü ilə müqayisədə 0,1 faiz yuxarı göstəricidir.

İxracın 23,3 faiz artdığı, idxalın 7,2 faiz azaldığı xəbər verilir, qeyd olunur ki, idxal ixracı 2 milyard 414,7 milyon dollar üstələyib.

Medianews.az

Bizə qoşulun