Hansı şəxslərə avtomatlaşdırılmış qaydada əlilliyə görə əmək pensiyası təyin edilir?
Medianews.az Oxu24.com-a istinadla xəbər verir ki,şəxsin 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi şəxsi hesabında toplanmış kapital və 01.01.2006-cı il tarixədək avtomatlaşdırılmış qaydada şəxsin əmək qabiliyyətli yaş dövrü üçün 4 ay nəzərə alınmaqla hesablanmış pensiya, minimum pensiya məbləği və ondan yüksək olduqda şəxsə avtomatlaşdırılmış qaydada əlilliyə görə əmək pensiyası təyin edilir.