Medianews.az
Yol polisindən sürücülərə
82 baxış

Yol polisindən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Medianews.az "Yeni Sabah"-a istinadla  xəbər verir ki, qurumdan bildirilib ki, hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.

"Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbirli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq", - məlumatda qeyd edilib.

Bizə qoşulun