Medianews.az
Hantavirus yayılır:
111 baxış

Hantavirus yayılır: Daha bir ölkədə şübhəli yoluxma qeydə alındı

Hantavirusla bağlı narahatlıq Avropada artır.

Medianews.az xəbər verir ki, Niderlandın KLM aviaşirkətinin ekipaj üzvü infeksiya şübhəsi ilə Hollandiyanın paytaxtı Amsterdamda xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, indiyədək epidemiya nəticəsində üç nəfər ölüb.

Niderland Səhiyyə Nazirliyinin məlumatına görə, qadında yüngül simptomlar müşahidə olunub və test nəticələri gözlənilir. Yerli media onun daha əvvəl Cənubi Afrika Respublikasında hantavirusdan ölən Niderland vətəndaşı ilə təmasda olduğunu yazıb.

Məlumata əsasən, həmin sərnişin Yohannesburq-Amsterdam reysinə minməyə hazırlaşarkən vəziyyəti pisləşdiyi üçün təyyarədən endirilib. Daha sonra digər sərnişinlərlə də əlaqə saxlanılıb.

Ümumdünya Səhiyyə Təşkilatı indiyədək Argentinadan Kabo-Verdeyə gedən “MV Hondius” gəmisində 7 hantavirus yoluxması aşkarlandığını, 3 nəfərin isə öldüyünü açıqlayıb.

Hantavirus aşkarlanan Niderland bayraqlı “MV Hondius” kruiz gəmisinin sərnişinlərinin Kanar adalarına gətiriləcəyi, daha sonra isə onların təyyarə ilə öz ölkələrinə göndəriləcəyi açıqlanıb.

İsveçrədə bir nəfər hantavirus səbəbindən Sürix Universitet Xəstəxanasında müalicəyə götürülüb.

Niderlandda KLM hava yollarının bir ekibaj üzvü virus şübhəsi ilə Amsterdamda xəstəxanaya yerləşdirilib.

İspaniyada isə “MV Hondius” gəmisində olan 14 ispan sərnişinin gələn həftə Madriddə karantinə alınacağı bildirilib.

Fransada bir Fransa vətəndaşının yoluxmuş şəxslərlə təmasda olduğu, lakin onda hələlik heç bir simptom aşkarlanmadığı qeyd edilib.

Medianews.az

 

Bizə qoşulun