Medianews.az
Harri Maquayr özünü dünyanın
128 baxış

Harri Maquayr özünü dünyanın ən yaxşı oyunçularından biri sayır

"Mançester Yunayted" klubunun futbolçusu Harri Maquayr bildirib ki, yaşına baxmayaraq, həm hücumda, həm də müdafiədə effektiv çıxışı ilə seçilir.

Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, ingilis futbolçu özünü hələ də dünyanın ən güclü müdafiəçilərindən biri hesab edir.

Onun sözlərinə görə, matçların son dəqiqələrində komanda hesabı qoruyarkən və ya geri dönüş etməyə çalışarkən meydanda faydalı olmağa davam edir və bu baxımdan özünə güvəni tamdır.

Qeyd edək ki, futbolçu yaxın günlərdə klubla yeni müqavilə imzalayaraq gələcəyi ilə bağlı suallara son qoyub. Yeni anlaşma birillikdir və əlavə olaraq daha 12 ay uzadılma imkanı nəzərdə tutur.

33 yaşlı müdafiəçi bu müqavilə üçün daha yüksək maaşlı təkliflərdən imtina edib və hazırkı həftəlik qazancının azaldılmasına razılaşıb.

O, indi əsas diqqətini mövsümün sonuna yönəldərək Dünya çempionatı üçün İngiltərə milli komandası heyətində yer almağa çalışır.

Bizə qoşulun