Medianews.az
Hava dəyişikliklərində uşaqları yanlış geyindirmək
86 baxış

Hava dəyişikliklərində uşaqları yanlış geyindirmək xəstəlik riskini artırır

Gün ərzində sürətlə dəyişən hava uşaqlarda bədən temperaturunun tənzimlənməsini çətinləşdirir.

Medianews.az xəbər verir ki, düzgün olmayan geyim seçimi qısa müddətdə soyuqdəymə və digər xəstəliklərə səbəb ola bilər.

Uşaqlar hərəkət etdikcə bədəni qızır, dayandıqda isə tez soyuyur. Geyim bu dəyişikliklərə uyğun olmadıqda əvvəlcə tərləmə, sonra üşümə və nəticədə xəstəlik prosesi yaranır.

Həkimlər vurğulayır ki, uşağı sadəcə qalın geyindirmək kifayət deyil. Əsas məsələ hava dəyişkənliyinə uyğun, qat-qat və rahat geyim seçməkdir. Məqsəd bədən temperaturunun yüksəlib-enməsinə uyğunlaşmaqdır.

Mütəxəssislərə görə, ən vacib göstəricilərdən biri tərləmənin vaxtında fərq edilməsidir. Xüsusilə boyun nahiyəsinin nəm olması uşağın çox geyindirildiyini göstərir.

Eyni geyimin gün boyu dəyişdirilmədən istifadə olunması da risk yaradır. Səhər uyğun olan geyim günorta və axşam saatlarında kifayət etməyə bilər.

Həkimlər həmçinin bildirir ki, günün 11:00–14:00 arası isti saatlarında temperatur dəyişimi daha kəskin olur, səhər və axşam saatları isə daha uyğun hesab edilir.

Mütəxəssislərin fikrincə, uşaqlarda xəstəliklərə səbəb olan əsas amil soyuq hava deyil, temperaturun sürətli dəyişməsidir. Buna görə də əlavə geyim və yüngül qatlar gün ərzində faydalı hesab olunur.

Medianews.az

 

Bizə qoşulun