Medianews.az
Hazırlığa getməmişəm, bilmədiyim sualları "ChatGPT"dən soruşurdum -
128 baxış

Hazırlığa getməmişəm, bilmədiyim sualları "ChatGPT"dən soruşurdum - Ən yüksək bal toplayan abituriyent

Bu il buraxılış imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də Qusarın Yuxarı Zeyxur kənd orta məktəbinin 11-ci sinif şagirdi Emiliya Qayıbovadır.

Medianews.az xəbər verir ki, Lent.az-a danışan Emiliya o heç vaxt məşğələyə getmədiyini, ancaq özü hazırlaşdığını söyləyib:

“Universitetə qəbul fənləri üzrə dərsdən əlavə heç bir məşğələyə getməmişəm. Yalnızca riyaziyyat fənnindən keçirilən olimpiadalar üçün hazırlaşmışam. Onlar da fərqli məzmunda olduğu üçün buraxılış imtahanından fərqlənir. Mən sadəcə hər gün məktəbə gedirdim. Evə gələndə isə tapşırıqları həll edirdim. 300 bal toplamağa müəyyən qədər ümidim var idi, sadəcə bir neçə açıq suallardan əmin deyildim.

Kompüter elmləri ixtisasında təhsil almaq istəyirəm. Amma universitet seçimim hələ ki, dəqiq deyil. Çalışacam ki, 700 toplayım. Bakalavrı Azərbaycanda oxuyandan sonra magistr təhsilimi xaricdə almağı düşünürəm”.

Emiliya qeyd edib ki, yaxşı oxumağın düsturu çox yox, keyfiyyətli oxumaqdır:

“Gün ərzində nə qədər lazımdırsa, o qədər də dərslə məşğul olurdum. Həmin ərəfədə telefonum da var idi. Ümumiyyətlə, mən düşünmürəm ki, telefonun olmaması yüksək nəticə üçün əsas amildir. Hazırkı dövrdə telefonsuz qalmaq mümkün deyil. Elə günlər olub ki, vaxtımın çoxunu telefona sərf etmişəm. Ancaq sərf etmişəm deyəndə, məqsədyönlü formada istifadə edirdim. Yalnız boş vaxtlarımda musiqi dinləyirdim. Hansısa sualı, mövzunu bilməyəndə, tərcüməyə ehtiyac duyanda süni intellektdən istifadə edirdim”.

Bizə qoşulun