Medianews.az
Həftədə 1-2 dəfə qırmızı ət:
72 baxış

Həftədə 1-2 dəfə qırmızı ət: Həkimdən MƏSLƏHƏT

“Qırmızı ət vacib qida maddələri ilə zəngindir və xüsusilə qadınları dəmir çatışmazlığı anemiyasından qoruyur”.

Medianews.az xəbər verir ki, bunu pediatr Olqa Tarasova deyib.

Tarasova qeyd edib ki, qırmızı ətin rasiondan çıxarılması sink çatışmazlığı riskini 35%-ə qədər artırır.

Həkim həmçinin vurğulayıb ki, orta miqdarda yağsız mal əti bağırsaq mikrobiotasının müxtəlifliyini artırır və ürək-damar xəstəlikləri riski ilə əlaqəli TMAO səviyyəsini 1,7-2 dəfə azaldır. Qırmızı ətin pəhrizdə olması depressiya və travmatik stress riskini də azalda bilər.

Tarasova tövsiyə edib: 50 yaşdan kiçik sağlam yetkinlər həftədə 1-2 dəfə, idmançılar həftədə 2-3 dəfə, 50 yaşdan yuxarı şəxslər isə ayda 1 dəfədən çox olmayaraq qırmızı ət istehlak etsinlər.

Medianews.az

Bizə qoşulun