Artıq piştaxtalarda çiyələk görünməyə başlayıb, bəs onu bu qədər tez tükətmək nə dərəcədə doğrudur?
Medianews.az bildirir ki, mütəxəssislər mövsümündən əvvəl satışa çıxarılan çiyələklərin ehtiyatla istehlak edilməsini tövsiyə edirlər. Bildirilir ki, erkən yetişdirilən məhsulların tərkibində bəzən kimyəvi gübrə və stimulyatorların miqdarı daha yüksək ola bilər.
Qeyd olunur ki, mövsümündə yetişən çiyələklər isə daha təbii şəraitdə becərildiyi üçün həm dad, həm də qida dəyəri baxımından daha üstün hesab olunur. Bu cür məhsullar vitamin və antioksidantlarla daha zəngin olur.
Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, çiyələk alarkən onun rənginə, qoxusuna və görünüşünə diqqət yetirsinlər. Həddindən artıq iri, parlaq və qoxusuz olan məhsulların təbii olmama ehtimalı daha yüksəkdir.
Həmçinin vurğulanır ki, çiyələklər istehlakdan əvvəl yaxşı yuyulmalı, mümkün olduqda bir müddət suda saxlanılmalıdır. Bu, üzərində qala biləcək zərərli maddələrin azalmasına kömək edir.