Medianews.az
Hepatit B ilə bağlı
96 baxış

Hepatit B ilə bağlı AÇIQLAMA

Hepatit B-də yoluxuculuq virus yükü ilə birbaşa əlaqəlidir. Yəni, virus varsa yoluxma da var və virus miqdarı artdıqca yoluxma riski də artır.

Medianews.az bildirir ki, bunu oxu24.com-a infeksionist Roza Murad bildirib.

Buna görə də həm aktiv xəstələr, həm də inaktiv daşıyıcılar xəstəliyi başqalarına yoluxdura bilər.

Müalicəyə başlamış xəstələrdə virus yükü ciddi dərəcədə azala, hətta aşkar edilməyəcək səviyyələrə düşə bilər, bununla birlikdə yoluxduruculuq qabiliyyəti də xeyli azalır, lakin yenə də risk mövcuddur.

Kəskin Hepatit B keçirib sağalan şəxslər sağlam sayılır və yoluxucu hesab edilmir. Lakin bu şəxslərin qan donorluğu tövsiyə edilmir.

Bizə qoşulun