Medianews.az
Hər ay 30 mindən çox döyüşçü öldürmək –
127 baxış

Hər ay 30 mindən çox döyüşçü öldürmək – Əmr verilib – KOMANDİR AÇIQLADI

“Planımız hər ay Rusiyanın 30 mindən çox döyüşçüsünü öldürməkdir. Biz artıq dörd aydır bu planı artıqlaması ilə yerinə yetiririk”.

Medianews.az xəbər verir ki, Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi BBC-yə müsahibəsində belə deyib.

2022-ci il fevralın 24-dən Rusiya Ukraynaya qarşı total hərbi əməliyyat aparır. Məlumatlara görə, hazırda Rusiya müharibədə verdiyi ağır itkilərin yerini doldurmaq üçün cəbhəyə ayda 30 min əlavə döyüşçü göndərir.

Robert Brovdinin sözlərinə görə, Ukrayna ordusunda pilotsuz sistemləri, yəni dronları idarə edən operatorlara əmr verilib: hər ay Moskvanın cəbhəyə göndərdiyi əlavə canlı qüvvənin sayından daha çox rusiyalı hərbçi məhv edilməlidir.

Brovdi iddia edib ki, dörd aydır onlar qarşıya qoyulmuş bu vəzifəni uğurla yerinə yetirirlər: “Bizim komanda mərkəzimiz düşməni bəşər tarixində görünməmiş bir miqyasda qırıb-çatır. Biz onları öldürməsək onlar bizi məhv edərlər – bu, aydın bir həqiqətdir”.

Medianews.az

Bizə qoşulun