Medianews.az
Hər ötən gün
78 baxış

Hər ötən gün daha da kiçilir

Ay son 200 milyon il ərzində diametrinin təxminən 50 metrini itirib və bu proses hazırda da davam edir.

Medianews.az xəbər verir ki, araşdırmaçı alimlər Ayın geoloji baxımdan tam passiv olmadığını təsdiqləyən yeni məlumatlar əldə ediblər. Aparılan tədqiqatlar göstərir ki, milyardlarla il əvvəl daxili strukturu daha aktiv olan Ay zamanla soyumağa başlayıb. Daxili qatların büzülməsi nəticəsində Ayın səthində çatlar və böyük fay xətləri formalaşıb. Əvvəllər bu cür geoloji izlərin əsasən açıq rəngli dağlıq ərazilərdə müşahidə olunduğu düşünülürdü. Yeni müşahidələr isə bu prosesin tünd rəngli düzənliklərdə – “dənizlər” adlanan bölgələrdə də baş verdiyini ortaya qoyub.

Son araşdırma zamanı Ay səthində əvvəllər qeydə alınmamış 1114 kiçik sırt aşkar edilib və bu tip strukturların ümumi sayı 2 634-ə çatıb. Alimlər bu sırtların dağlıq ərazilərdəki faylarla eyni dövrdə formalaşdığını və bir-biri ilə əlaqəli olduğunu bildirirlər. Belə ki, Ayın büzülmə prosesinin lokal deyil, qlobal xarakter daşıyır.

Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr Ayın daxili quruluşunu və mümkün seysmik riskləri daha dəqiq anlamağa imkan verəcək. Bu məlumatlar xüsusilə gələcək insanlı Ay missiyaları üçün vacibdir, çünki mümkün sarsıntıların astronavtların təhlükəsizliyi və qurulacaq infrastruktura təsiri nəzərə alınmalıdır.

Bizə qoşulun