Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatında ölkəmizin aktivinə gümüş medal yazdırıb.
73 kiloqram çəki dərəcəsində tatamiyə çıxan son olimpiya çempionumuz həlledici final görüşündə yerli idmançı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.
Qeyd edək ki, finala gedən yolda uğurlu silsilə nümayiş etdirən H.Heydərov ardıcıl olaraq 1/16 finalda yunanıstanlı Konstantinos Tsaparas, 1/8 finalda kosovolu Dardan Çenan, 1/4 finalda fransalı Dayyan Boulemtafes və yarımfinalda türkiyəli Bilal Çiloğlunu mübarizədən kənarlaşdırmışdı.
Məlumat üçün qeyd edək ki, qitə miqyaslı Avropa çempionatına aprelin 19-da yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycan təmsilçisi karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.